Edumall Preloader

12 may – “Beynəlxalq Tibb Bacısı Günü”nə həsr olunmuş təntənəli tədbir

Snapinsta.app_438161211_18438238225044887_6127537322928374874_n_1080
Xəbərlər

12 may – “Beynəlxalq Tibb Bacısı Günü”nə həsr olunmuş təntənəli tədbir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında 12 may - “Beynəlxalq Tibb Bacısı Günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva və kollecin müəllim-tələbə heyəti iştirak edib.

Azərbaycan Respublikası Dövlət himni ilə başlanan tədbirdə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq, tibb bacıları tərəfindən tibbi xidmətin yüksək səviyyədə həyata keçirilməsindən, xəstələrə xüsusi qayğı və şəfqət göstərilməsindən, müalicə zamanı xəstələrlə ən çox ünsiyyətdə olmaqla onların öz sağlamlıqlarına qovuşmasında əvəzolunmaz xidmətlərindən bəhs edib.

Sonra Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ) sədr müavini Qönçə Abdullayeva səhiyyə sahəsində həkimlərlə yanaşı onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personallarının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulayıb, 12 may “Beynəlxalq Tibb Bacısı Günü” münasibətilə tibb bacılarını təbrik edib.
“Tibb bacısı (qardaşı) işi” fənn birləşməsinin sədri Mövsümova Töhfə “Tibb bacısının yaranma tarixi və inkişafı” mövzusunda geniş məruzə ilə çıxış edib.

Daha sonra “Beynəlxalq Tibb Bacısı Günü”nə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb, “Tibb bacısı işi” şöbəsinin 404-cü qrup tələbəsi, birinci yerin qalibi Hümmətova Günay ‘Tibb bacısının tibbdə rolundan və bu vəzifənin əhəmiyyətindən çıxışında söhbət açıb.
Sonda Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım