Edumall Preloader

31 Mart Azərbaycanalıların Soyqırımı Günü

Snapinsta.app_433954147_18431503399044887_1490154529646998232_n_1080
Xəbərlər

31 Mart Azərbaycanalıların Soyqırımı Günü

29 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə və 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan “Müalicə işi” şöbəsində təhsil alan tələbələrimiz - Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açıq elan edərək tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 1918-ci ilin 31 mart soyqırımı öz amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Şəhidlərimizin yaxınları tədbirdə çıxış edərək, onların keçdiyi döyüş yollarından böyük qürur hissi ilə bəhs etdilər və kollec rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirdilər.

Sonra THT və TGT tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.
Sonda tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan tələbələrimizin abidəsi önünə qərənfillər düzdülər.