Edumall Preloader

Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib

Snapinsta.app_438171265_18438637327044887_5814232833716471816_n_1080
Xəbərlər

Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 10 may 2024-cü il tarixində Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə kollecin rəhbərliyi, müəllim-tələbə heyəti iştirak edib.
Azərbaycan Respublikası Dövlət Himni ilə başlanan tədbirdə torpağımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatinin sədri Gülər Qulu-zadənin geniş məruzəsi ilə açılıb: "Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməlini yaradıb, daha sonra isə onu qoruyub, saxlayıb və davamlı inkişaf yoluna çıxarıb. Qurucu və xilaskar dövlət xadimi kimi əbədilik qazanıb. O, böyük tarixi şəxsiyyət, dövlətçilik ənənələrini layiqincə davam etdirən və daha da zənginləşdirən dahi rəhbər olub."

Sonra Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının üzvlərinin "Heydər Əliyevin təhsildə və səhiyyənin inkişafında rolu, Heydər Əliyevin gənclər siyasəti" mövzusunda geniş məruzələri dinlənilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş ilə davam edən tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım