Edumall Preloader

Bəsləyici qayğı üzrə ailələrə dəstək

Bəsləyici qayğı üzrə ailələrə dəstək
Xəbərlər

Bəsləyici qayğı üzrə ailələrə dəstək

13.09-14.09.2021-ci il tararixlərində UNİSEF-in təqdim etdiyi resurs modullar üzrə “Bəsləyici qayğı üzrə ailələrə dəstək” mövzusunda kollecin və diplomdansonrakı təkmilləşdirdirmə kurslarının müəllimlərinin fəaliyyətinin monitorinqi həyata keçirilmişdir. Monitorinq UNİSEF-in “Erkən uşaq inkişafı” üzrə məsləhətçisi İsrafilova Yelena, UNİSEF-in milli təlimçiləri Qaraxanova Mətanət və Quliyeva Rübabə tərəfindən aparılmışdır.
Monitorinqin məqsədi UNİSEF-in təqdim etdiyi resurs modulların kollecin və diplomdansonrakı təkmilləşdirdirmə kursunun tədris proqramlarına daxil edilməsinin nəticələrini və modulların tədris edilməsinin keyfiyyətini və məqsədəmüvafiqliyini müəyyən etməkdən ibarətdir. Monitorinqin nəticələrinə əsasən təlimçilərin patronaj xidmətində Universal-proqressiv modelin tətbiqinin əhəmiyyəti və Erkən uşaq inkişafına dair kifayət qədər məlumatlı olması və kollecdə bunun üçün lazım olan resursların olması müəyyən edilmişdir.
UNİSEF-in təqdim etdiyi resurs modullarda təqdim olunan materialların kollec və diplomdansonrakı təkmilləşdirdirmə kursunda tədris proqramına uyğun və daha interaktiv şəkildə tələbə və dinləyicilərə çatdırılmasını təmin etmək məqsədilə kollec və UNİSEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın davam etməsinin əhəmiyyəti və əməkdaşlıq yolları kollecin direktoru Dilarə Məmmədəliyeva və tədris-tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva ilə birgə müzakirə olunmuşdur.