Edumall Preloader

Batareyaları təhvil ver, təbiəti qoru!

428502554_18422319373044887_5649574587107178030_n
Xəbərlər

Batareyaları təhvil ver, təbiəti qoru!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bu il çərçivəsində istifadəyə yararsız elektrik batareyalarının toplanması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Batareyaları təhvil ver, təbiəti qoru!” aksiyasına start verilib.

İşlənmiş batareyalar kollec tərəfindən ayrılan qutuya toplanaraq «Təhlükəli Tullantılar» Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil veriləcək.
Kollec rəhbərliyi kollecin hər bir tələbəsini və əməkdaşını bu ekoloji aksiyada fəal iştirak etməyə, təbiəti çirkləndirməməyə səsləyir!

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım