Edumall Preloader

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans.

445165574_18441233905044887_5061658232295827562_n
Xəbərlər

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında 24 may 2024-cü il tarixində "Sinir-ruhi xəstəliklər" fənn birləşmə komissiyası tərəfindən "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!" mövzusunda konfrans keçirilib.
Konfransda əsrin bəlası olan narkomaniyanın fəsadlarını geniş ictimaiyyətə çatdırmaq, onunla mübarizə yollarını araşdırmaq və təhsil müəsissələrində gəncləri maarifləndirmək məqsədilə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarların təşkil olunmasının vacibliyi qeyd edilib, narkomaniya ilə mübarizə üzrə yeni strategiyaların və əməkdaşlıq yollarının araşdırıldığı vurğulanıb.
Respublika Narkoloji Mərkəzinin narkoloq-psixologu Ramin Allahverdiyev aludəçiliklə bağlı diskursların aparıldığı bir dünyada narkomaniya və onun səbəb olduğu psixoloji, sosial, iqtisadi və mənəvi fəsadlar haqqında "Narkotik asılılıq və onun formalaşma mərhələləri" adlı təqdimatla çıxış edib.
Sonda gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi haqqında videoçarx nümayiş olunub.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım