Edumall Preloader

Görkəmli alim, oftalmoloq- həkim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir.

Snapinsta.app_437566145_18436077976044887_4799986931666658408_n_1080
Xəbərlər

Görkəmli alim, oftalmoloq- həkim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında 26 aprel 2024-cü il tarixində görkəmli alim, oftalmoloq- həkim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir keçirilib.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əziz qızı Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.

Tədbir kollecin direktoru, t.e.n. Dilarə Məmmədəliyevanın çıxışı ilə başlanıb. O, çıxışında akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz rolundan olmasından bəhs edib.

Daha sonra “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanım Əliyevanın həyat və yaradıcıllığından geniş məruzə ilə çıxış edib.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin hazırladıqları Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx, ədəbi-bədii kompozisiya ilə davam edib.

Son xəbərlər

1
Elanlar
16 sentyabr ilk dərs günü
Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot