Edumall Preloader

“Könüllü TƏBİB”

346682095_198791326362130_614236207581950088_n
Xəbərlər

“Könüllü TƏBİB”

“Könüllü TƏBİB” layihəsi çərçivəsində ölkə üzrə tibb kollecləri ilə görüşlərin mütəmadi keçirilməsi, kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub. TƏBİB tərəfindən start verilən “Könüllü TƏBİB” layihəsi çərçivəsində ilk olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 2 nömrəli Bakı Baza Tibb kollecində görüş keçirildi.

“Könüllü TƏBİB” layihəsinə tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsi və gələcəkdə məzun olacaq tələbələrin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində işləməsinə marağın artırılması və həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə köməkliyin göstərilməsi məqsədilə start verilib. “Könüllü TƏBİB” layihəsi çərçivəsində tibbi kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.

Görüşdə TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva, TƏBİB-in və kollecin aidiyyəti üzrə əməkdaşları, kollecdə təhsil alan tələbələr iştirak etdilər.

TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova təqdimatla çıxış etdi. O, “Könüllü TƏBİB” layihəsi barədə iştirakçıları məlumatlandırıb, 2 saylı Bakı Baza Tibb kollecinin ilk pilot kollec olaraq təyin edildiyini qeyd etdi.
Daha sonra çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva təhsil müəssisəsi barədə geniş məlumat verdi. Kollec tələbələrinin tibb müəssisələrində könüllü işə cəlb olunmasını yüksək qiymətləndirərək, layihəyə uğurlar arzudı.

Sonda tələbələrin sualları cavablandırıldı, layihə ilə bağlı müzakirələr aparıldı.