Edumall Preloader

Müalicə işi

“Müalicə işi” şöbəsi

2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir.

İxtisas: Feldşer
Peşəixtisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
İxtisas kodu: 040701

Müalicə işi

Məzunların peşə fəaliyyəti

İxtisaslı feldşer əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi üçün müalicə-profilaktika müəssisələrində, feldşer-mama məntəqələrində, xəstəxanalarda, poliklinikalarda, sanator-kurort komplekslərində, dispanserlərdə, elmi-tədqiqat institutlarında, tibb məntəqələrində, təxirəsalınmaz və təcili tibbi yardım stansiyalarında, hospitallarda, tibb mərkəzlərində fəaliyyət göstərir.

Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri

Rəhbər: tibb məntəqəsinin müdiri

Baş feldşer

Böyük feldşer

Böyük mama

Mama

Tibb bacısı (tibb qardaşı)

Rentgen-texnik

Anestezist

Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı

Əmək terapiyası üzrə təlimatçı

Tibbi statistik

"Müalicə işi" şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır

  • Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
  • Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
  • Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;
  • Müalicə-profilaktika müəssisələrində işin təşkili və strukturunu;
  • Əhaliyə tibbi yardımın göstərilməsinin təşkilini, herontologiya və heriatriyanın əsaslarını;
  • Profilaktik və sanitar-maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanologiya və valeologiyanın əsaslarını;
  • Müalicə-profilaktika müəssisələrində sanitar-profilaktik rejimin təşkilini;
  • Dispanserizasiyanın təşkili və aparılmasını, xəstəliklərin vaxtında aşkar edilməsini;
  • Dietologiyanın əsaslarını;
  • Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını;
  • Tibbi reabilitasiyanın əsaslarını;
  • Tibbi təhlükəsizlik qaydalarını;
  • Sanitar-maarif işini;
  • İlk tibbi yardımın təşkilini;
  • Zərərçəkənlərin, xəstələrin təxliyəsini və daşınmasını;
  • Xəstəxanalarda və tibb müəssisələrində tibb bacılarının işinin təşkilini;
  • Antropometrik ölçmələrin aparılmasını;
  • Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;
  • Travmalar, zəhərlənmələr, yanıqlar və s. zamanı ilk yardımın göstərilməsini;
  • Xəstəyə baxış keçirməyi və vəziyyətini qiymətləndirməyi, obyektiv müayinə aparmağı;
  • Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini;
  • Defibrilyator aparatını işlətməyi, EKQ-çəkməyi və qiymətləndirməyi, süni vintilyasiya aparatını işlətməyi, xəstəni intubasiya etməyi;
  • Kritik hallarda ürək-ağciyər reanimasiyasını etməyi;
  • Kiçik ambulator cərrahi müdaxilələr etməyi (yaraların birincili cərrahi işlənməsi, irinciklərin açılması, yaraya tikiş qoyulması, qanaxmanın saxlanması);
  • Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını;
  • Fizioterapevtik prosedurların yerinə yetirilməsini;
  • Profilaktik peyvəndlərin aparılma texnikasını.

Tədris olunan fənlər

  • Anatomiya, fiziologiya və patologiya
  • Azərbaycan tarixi
  • Cərrahi xəstəliklər otolorinqologiyanın əsasları ilə
  • Daxili xəstəliklər
  • Uşaq xəstəlikləri
  • Yoluxucu və dəri-zöhrəvi xəstəlikləri
  • Diş və ağız boşluğu xəstəlikləri
  • Epidemiologiya və tibbi parazitologiya
  • Farmakologiya
  • Fəlsəfə
  • Mamalıq və ginekologiya
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • Hüququn əsasları
  • İnformatika
  • Latın dili
  • Mikrobiologiya və tibbi genetika
  • Oftalmologiya
  • Reanimatologiya
  • Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
  • Tibb bacısının işi və tibbi-sosial reabilitasiya
  • Ümumi və sosial gigiyena
  • Rus dili və nitq mədəniyyəti
  • Azərbaycan dili və nitq mədəniyyəti
  • Xarici dil