Müalicə işi
Aprel 5, 2022 2022-04-18 21:24Müalicə işi
“Müalicə işi” şöbəsi
2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir.
İxtisas: Feldşer
Peşəixtisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
İxtisas kodu: 040701
Məzunların peşə fəaliyyəti
İxtisaslı feldşer əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi üçün müalicə-profilaktika müəssisələrində, feldşer-mama məntəqələrində, xəstəxanalarda, poliklinikalarda, sanator-kurort komplekslərində, dispanserlərdə, elmi-tədqiqat institutlarında, tibb məntəqələrində, təxirəsalınmaz və təcili tibbi yardım stansiyalarında, hospitallarda, tibb mərkəzlərində fəaliyyət göstərir.
Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri
Rəhbər: tibb məntəqəsinin müdiri
Baş feldşer
Böyük feldşer
Böyük mama
Mama
Tibb bacısı (tibb qardaşı)
Rentgen-texnik
Anestezist
Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı
Əmək terapiyası üzrə təlimatçı
Tibbi statistik
"Müalicə işi" şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;
- Müalicə-profilaktika müəssisələrində işin təşkili və strukturunu;
- Əhaliyə tibbi yardımın göstərilməsinin təşkilini, herontologiya və heriatriyanın əsaslarını;
- Profilaktik və sanitar-maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanologiya və valeologiyanın əsaslarını;
- Müalicə-profilaktika müəssisələrində sanitar-profilaktik rejimin təşkilini;
- Dispanserizasiyanın təşkili və aparılmasını, xəstəliklərin vaxtında aşkar edilməsini;
- Dietologiyanın əsaslarını;
- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını;
- Tibbi reabilitasiyanın əsaslarını;
- Tibbi təhlükəsizlik qaydalarını;
- Sanitar-maarif işini;
- İlk tibbi yardımın təşkilini;
- Zərərçəkənlərin, xəstələrin təxliyəsini və daşınmasını;
- Xəstəxanalarda və tibb müəssisələrində tibb bacılarının işinin təşkilini;
- Antropometrik ölçmələrin aparılmasını;
- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;
- Travmalar, zəhərlənmələr, yanıqlar və s. zamanı ilk yardımın göstərilməsini;
- Xəstəyə baxış keçirməyi və vəziyyətini qiymətləndirməyi, obyektiv müayinə aparmağı;
- Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini;
- Defibrilyator aparatını işlətməyi, EKQ-çəkməyi və qiymətləndirməyi, süni vintilyasiya aparatını işlətməyi, xəstəni intubasiya etməyi;
- Kritik hallarda ürək-ağciyər reanimasiyasını etməyi;
- Kiçik ambulator cərrahi müdaxilələr etməyi (yaraların birincili cərrahi işlənməsi, irinciklərin açılması, yaraya tikiş qoyulması, qanaxmanın saxlanması);
- Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını;
- Fizioterapevtik prosedurların yerinə yetirilməsini;
- Profilaktik peyvəndlərin aparılma texnikasını.
Tədris olunan fənlər
- Anatomiya, fiziologiya və patologiya
- Azərbaycan tarixi
- Cərrahi xəstəliklər otolorinqologiyanın əsasları ilə
- Daxili xəstəliklər
- Uşaq xəstəlikləri
- Yoluxucu və dəri-zöhrəvi xəstəlikləri
- Diş və ağız boşluğu xəstəlikləri
- Epidemiologiya və tibbi parazitologiya
- Farmakologiya
- Fəlsəfə
- Mamalıq və ginekologiya
- Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
- Hüququn əsasları
- İnformatika
- Latın dili
- Mikrobiologiya və tibbi genetika
- Oftalmologiya
- Reanimatologiya
- Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
- Tibb bacısının işi və tibbi-sosial reabilitasiya
- Ümumi və sosial gigiyena
- Rus dili və nitq mədəniyyəti
- Azərbaycan dili və nitq mədəniyyəti
- Xarici dil