Edumall Preloader

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir.

Snapinsta.app_441191898_18439601551044887_5940618981361445508_n_1080
Xəbərlər

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə MVQSYİB-in sədri Radə Abbas vətənpərvərlik ruhunun yüksəldilməsi və qızlarımızın milli adət-ənənələrə uyğun tərbiyə edilməsi haqqında geniş məruzə ilə çıxış edib.
Sonda “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi tərəfindən kollecin tələbələrinə diplom, xatirə olaraq hədiyyələr verilib, 1992-ci ildə Qarabağın işğalı zamanı Laçın, Kəlbəcər, Xocalı və digər ərazilərimizdən girov götürülən azyaşlı qızlarımızın naməlum taleyi haqqında Dövlət sifarişi ilə çəkilən “Məhv edilmiş gələcək” filminin nümayişi olunub.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım