Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 30.10-04.11.2023-cü il tarixlərində ağciyər xəstəliklərinin erkən aşkarlanması məqsədilə tələbələrin flüoroqrafiya müayinəsi keçirilib. Ümumilikdə 2175 tələbəyə rentgen-flüoqrafiya müayinəsi səyyar “Flüoromobil”də və xüsusi ayrılmış otaqda aparılıb.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təhsil müəssisələrində belə profilaktik tibbi müayinələrin aparılması gizli xəstəlikləri vaxtında aşkar edilməsi, ağırlaşma və yoluxma hallarının, əlilliyin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.