Son nəsil robot
İyun 28, 2024 2024-06-28 16:11Son nəsil robot
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində son nəsil robot olan JV/F 10002 avtomatik doğuş simulyatorunun təqdimatı keçirilib.
Kollecin direktoru çıxışında tədris prosesinin keyfiyyətini artırmaq, ölkəmiz üçün peşəkar tibb işçilərinin hazırlanması işini dərinləşdirmək, tibbi tədrisin effektiv olmasında praktiki biliklərin aşılanması məqsədilə aparılan islahatlardan bəhs edib.
Simulyatorun köməyi ilə mamalıq palpasiya müayinələrini aparmaq, dölün ürək döyüntüsünün auskultasiyasını etmək, bütün real doğuş prosesini immitasiya etməyə imkan verən avtomatik doğuş prosesini izləmək, uşaqlıq boynunun açılma dərəcəsini qiymətləndirmək, doğuşdan sonrakı kəsiklərin aparılması və tikişlərin qoyulmasını məşq etmək, dərmanların yeridilməsi üçün hamilənin venadaxili kateterizasiyasını aparmaq mümkündür.
Son xəbərlər
“Yaşıl dünyamızı yaşadaq!” adlı konfrans
Oktyabr 18, 2024“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik
Oktyabr 11, 2024X Bakı Beynəlxalq Kitab Sərgisi
Oktyabr 9, 2024Axtarış