Edumall Preloader

Təcrübə

Təcrübə

Təcrübənin məqsədi:

  • Tədris prosesində nəzəri təlimdə öyrədilən bilikləri möhkəmləndirmək;
  • Təcrübə dərslərində və istehsalat təcrübəsində tələbələrdə sərbəst işləmək bacarığı formalaşdırmaqla gələcək tibb işçisinin öz sənətinə qarşı maraq və sevgi yaratmaq,əmək intizamı və ixtisaslaşmış cavabdehlik yaratmaq;
  • Təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaratmaq;
  • Tələbələrdə pasientlərlə və işçi kollektivlə ünsiyyət qurmaq,sanitar-epidemioloji rejimə riayət etmək, iş növbəsini qəbul etmək və təhvil vermək və s. bacarıqları formalaşdırmaq;

Təcrübə tədris təcrübə və istehsalat təcrübəsi olmaqla iki yerə bölünür:

  • Tədris təcrübədə laboratoriyalarda, təcrübə kabinetlərində və klinikayaqədərki kabinetlərdə gələcək manipulyasiyalar və işin aparılması texnikası mulyaj üzərində əyani vəsaitlərdən istifadə etməklə tələbələrə öyrədilir.
  • İstehsalat təcrübəsində isə tələbələr nəzəri təlimi bitirdikdən sonra təcrübə bazalarında ixtisaslarına uyğun olaraq müalicə-profilaktika müəssisələrində təcrübə keçirlər. Bu zaman təcrübə dərslərində öyrəndikləri bacarıqları möhkəmləndirmək üçün təkrar-təkrar işləyirlər ki, vərdiş əmələ gəlsin.
  • Kliniki fənlərin təcrübə dərsləri və istehsalat təcrübəsi təcrübə bazalarında keçirilir.

Təcrübəyə təcrübə rəhbəri nəzarət və rəhbərlik edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən TƏBİB-lə razılaşdırılmış təcrübə bazalarının siyahısı göndərilir.Təcrübə bazalarının siyahısı hər 5 ildən bir yenilənir.İxtisaslarına uyğun olaraq bütün şöbələrin tələbələrinin təcrübə keçmələri üçün lazım olan bazalar həmin siyahıda öz əksini tapır. Baza kimi xəstəxanalar,doğum evləri, apteklər, GEM-ri nəzərdə tutulur. Tələbələr Müalicə-profilaktika müəssisələrinin rəhbərlərinin başçılığı altında yerlərdən təhkim olunmuş təcrübə rəhbərlərinin və kollec tərəfindən təyin olunmuş metodik rəhbərlərin nəzarəti ilə təcrübə keçirirlər.