Edumall Preloader

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları

Snapinsta.app_441117938_488360900188134_2099602854268654755_n_1080
Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları

12.05.2022-ci il tarixində 12 may-Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının dəstəyi ilə yaradılmış Resurs Mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini İlqar Qasımov, Səhiyyənin təşkili şöbəsinin Qadın, ana uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, BMT-nin Uşaq Fondu (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens və Səhiyyə və Qidalanma .öbəsinin rəhbəri Töhfə Cəmilova, kollecin müəllim-tələbə heyəti iştirak ediblər.

Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq qonaqları salamladı və Tibb Bacısı Günü münasibətilə iştirakçıları təbrik etdi. 

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini İ.Qasımov çıxışı zamanı müasir avadanlıqlarla təchiz olunmuş təlim mərkəzini gələcəyin tibb bacılarına istifadəyə verilməsini yüksək qiymətləndirdi. Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını xüsusən vurğulayaraq 44 günlük Vətən müharibəsində tibb bacılarının səhiyyə sahəsində göstərdiyi xidmətlərin əvəzsiz olduğunu qeyd etdi.

Öz növbəsində A.Haykens qeyd etdi ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir: “Patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir”.

“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə gələcəkdə çoxlu sayda tibb bacılarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri fikrini tamamladı.

Terapiya fənn birləşmə sədri Təravət Nəbiyeva çıxış edərək ilk tibb bacısı Florens Naytingel və ilk azərbaycanlı tibb bacısı Nigar Şıxlinskayanın həyat və fəaliyyətləri haqqında danışdı. Tədbir rəngarəng musiqili-bədii proqram ilə davam etdi.