UNİCEFin dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək
İyun 21, 2021 2021-06-21 0:00UNİCEFin dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək
UNİCEFin dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək
21.06-25.06.2021 tarixlərdə Bakı Baza tibb kollecində UNİCEFin (BMTnin uşaq fondu) dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək mövzusunda təlimçilər üçün təlim keçirilmişdir. Təlimdə respublikamızın tibb kolleclərindən və orta tibb işçiləri üçün diplomdan sonrakı təkmilləşdirmə kurslarından nümayəndələr- müəllimlər iştirak etmişdir. Təlimin məqsədi iştirakçıları Azərbaycanda ev ziyarətçilərinin yeni Universal Proqressiv Modelinin tətbiqi, uşaqlara tibbi xidmətin keyfiyyətinin artırılması və patronaj xidmətinin təşkil olunmasında bu modelin əhəmiyyəti ilə tanış etmək idi. Bu məqsədlə iştirakçılara ev ziyarətçiləri üçün resurs modullar təqdim olunmuşdur. İştirakçılar erkən uşaqlıq dövrünün əhəmiyyəti, bu dövrdə uşaqların inkşafına təsir edən amillər və uşaqların sağlamlığının qorunmasında patronaj xidmətinin rolu haqqında nəzəri və praktiki biliklərlə məlumatlandırılmışdır. Təlim prosesində iştirakçılar tibb iişçilərinin patronaj xidmətinə müasir tələblərə uyğun hazırlanmasında təlimin əhəmiyyət kəsb etdiyini və sonrakı fəaliyyətlərində mühüm rol oynayacağını qeyd etmişlər.