Edumall Preloader

Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki konfransı

Snapinsta.app_438163183_18435425236044887_7626571085008314602_n_1080
Xəbərlər

Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki konfransı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin 22.04.2024-cü il tarixində hesabat-seçki konfransı keçirilib.
Konfransda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitə sədrinin birinci müavini Elnarə Muradova iştirak etdi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin HİK-in sədri Zəminə Kazımova 2017-2024-cü illər üzrə HİK-in gördüyü işlər baradə hesabat verib.
Məruzə və çıxışlar nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin HİK-in hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş hesab olunub.